TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
Azərbaycanın Qarabağ bölgəsində qanunsuz rejim tərəfindən təşkil edilən qondarma “prezident seçkiləri” ilə bağlı bəyanat

Azərbaycanın Qarabağ bölgəsində qanunsuz rejim tərəfindən təşkil edilən qondarma “prezident seçkiləri” ilə bağlı bəyanat

Tarix
Baxış
2
Türk Dövlətləri Parlament Assambleyasının Katibliyi 9 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının Qarabağ bölgəsində Ermənistanın yaratdığı qanunsuz rejim tərəfindən təşkil edilən qondarma “prezident seçkiləri”ni qətiyyətlə pisləyir. Beynəlxalq hüququn norma və prinsiplərinin, eləcə də Azərbaycan Respublikasının Konstitusiyasının və qanunvericiliyinin kobud şəkildə pozulması kimi bu təxribatçı addım regionda sülh və sabitlik, Qarabağ bölgəsinin erməni sakinlərinin Azərbaycan Respublikasının Konstitusiya çərçivəsinə reinteqrasiyası səylərinə zərbə vurur. TÜRKPA Katibliyi qardaş Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına ən güclü dəstəyini bir daha vurğulayaraq, regionda normallaşma səylərinə təhlükə yarada biləcək hər hansı addımlardan çəkinməyə çağırır.