TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
Azərbaycanda Zəfər Günü

Azərbaycanda Zəfər Günü

Tarix
Baxış
2
44 günlük Vətən müharibəsində Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun qazandığı Zəfər qardaş Azərbaycan xalqının iradə, əzm və milli həmrəyliyini bir daha nümayiş etdirmişdir. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmiş və tarixinin daha bir qəhrəmanlıq səhifəsini yazmışdır. Şanlı Zəfər regionda dayanıqlı sülh, sabitlik və inkişaf üçün geniş imkanlar açaraq, türk birliyinə qiymətli töhfə vermişdir. Tarixin yaddaşına əbədi həkk olmuş bu şanlı Zəfər bütün türk dünyasının zəfəri kimi daim şərəflə xatırlanacaqdır. Bu əlamətdar gündə biz Zəfər Gününün üçüncü ildönümü münasibətilə Azərbaycan xalqını təbrik edir, qardaş Azərbaycanın ərazi bütövlüyü uğrunda həyatlarını qurban vermiş qəhrəman əsgərlərin, şəhidlərin əziz xatirəsini ehtiramla yad edir, onlara Allahdan rəhmət diləyirik.