6 Fevral – “Fəlakət Qurbanlarını Anma və Həmrəylik Günü” ilə əlaqədar Türk Dövlətləri Parlament Assambleyası Katibliyinin mesajı
Tarix
Baxış
2
6 fevral tarixi Türk Dövlətləri Təşkilatının 2023-cü il noyabrın 3-də Astanada keçirilmiş 10-cu Zirvə görüşündə “Fəlakət Qurbanlarını Anma və Həmrəylik Günü” elan edilib.
Türk dünyası Türkiyənin cənub-şərq bölgələrində baş verən dağıdıcı zəlzələlərin törətdiyi dəhşətli faciəyə çevik reaksiya verərək birlik və həmrəylik nümayiş etdirdi. Türk dünyası həm dövlət səviyyəsində, həm də müxtəlif ölkələrdən olan fərdlər vasitəsilə fəallıq göstərdi.
Çətin vaxtlarda sarsılmaz birliyimizi və həmrəyliyimizi bir daha təsdiq edərək, belə faciələrin bir daha təkrarlanmayacağına ümid edir, hər kəsə firavan və dinc həyat arzulayırıq.
TÜRKPA Katibliyi həyatını itirənlərə bir daha Allahdan rəhmət və müalicəsi davam edənlərin tezliklə sağlamlıqlarına qovuşmalarını diləyir.
Axtarış
Digər Bəyanatlar
-
Qırğız Respublikasının Dövlət Bayrağı Günü
- 03 mar 2026
-
Beynəlxalq Qadınlar Günü mübarək!
- 08 mar 2026