TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
20 Yanvar faciəsinin ildönümü ilə bağlı Baş katibin mesajı

20 Yanvar faciəsinin ildönümü ilə bağlı Baş katibin mesajı

Tarix
Baxış
2
20 Yanvar faciəsinin 36-cı ildönümündə Azərbaycan tarixinin ən ağrılı səhifələrindən birində həyatını itirmiş günahsız qurbanların əziz xatirəsini dərin ehtiramla yad edirik. Onilliklər boyu Azərbaycan böyük iztirablar, ağır itkilər və saysız-hesabsız sınaqlarla üz-üzə qalmışdır. Lakin bütün bu faciələrə baxmayaraq, Azərbaycan xalqı öz ləyaqətini, dözümünü və sarsılmaz ruhunu heç vaxt itirməmişdir. 20 Yanvar 1990-cı il hadisələri həm faciənin, həm də qəhrəmanlığın rəmzi kimi azadlıq, suverenlik və milli kimlik uğrunda ödənilən ağır dəyərin xatirəsi olaraq tarixə həkk olundu. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış tarixi Zəfər bu tarixdə mühüm dönüş nöqtəsi olmaqla, Türk dünyasının ortaq yaddaşının ayrılmaz hissəsinə çevrildi. Azərbaycan xalqının birliyini, siyasi iradəsini və dövlətçiliyə sarsılmaz sədaqətini təcəssüm etdirən bu Qələbə ilə 20 Yanvar şəhidlərinin nigaran ruhları nəhayət rahatlıq tapdı. Şəhidlərimizin əziz xatirəsi daim yaşasın, ruhları şad olsun! Ramil Həsən Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi