TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
15 iyul Demokratiya və Milli Birlik Günü münasibətilə Baş katibin müraciəti

15 iyul Demokratiya və Milli Birlik Günü münasibətilə Baş katibin müraciəti

Tarix
Baxış
2
Tarix səhnəsinə çıxışından bu yana min illərdir birlik ruhu içində bir bayraq altında, bir vətən torpağı üzərində dövlət sahibi olmağı bacarmış nadir mədəniyyətlərdən birinin banisi əziz Türk millətinin son böyük qəhrəmanlıqlarından biri, 15 iyul müqavimətinin 7-ci ildönümündə TÜRKPA adından şəhidlərimizi rəhmətlə yad edir, 15 iyul Demokratiya və Milli Birlik Gününü təbrik edirəm. Türkiyə Cümhuriyyəti 15 iyul 2016-cı ildə ən qaranlıq günlərindən birini yaşadı. Türkiyə Silahlı qüvvələrinə sızan Fətullahçı Terror Təşkilatının (FETÖ) üzvləri Türkiyədə qanlı çevrilişə cəhd etdilər. Lakin Türk millətinin qəhrəman oğullarının müqaviməti sayəsində bu cəhd baş tutmadı. Bu gün 15 iyul 2016-cı il tarixi ilə müqayisədə daha güclü, daha sabit və gələcəyə daha inamlı addımlarla gedən Türkiyə Cümhuriyyətinin FETÖ və digər bütün terror təşkilatlarına qarşı davam edən mübarizəsində dəstəyimizi bir daha bəyan etməkdən qürur duyuruq. Allah Türk düşmənlərinə fürsət verməsin, Türk dünyasını daim sülh və birlik içində var etsin.
**Səfir Mehmet Süreyya Er** TÜRKPA Baş katibi