Yadigar Məmmədov
Protokol xidmətinin rəisi1995-ci ildə Azərbaycan Texniki Universitetini Mühəndislik ixtisası üzrə bitirib. 2008-ci ildə Bakı Dövlət Universitetini Hüquq ixtisası üzrə magistratura səviyyəsini bitirib. 2024-cü ildə Birləşmiş Millətlər Təşkilatının Təlim və Tədqiqat İnstitutunu (UNITAR) Diplomatik təcrübə üzrə bitirib.
Dövlət qurumları, eləcə də beynəlxalq təşkilatlarda 20 ildən artıq peşəkar təcrübəyə malikdir. 2006-2010-cu illərdə Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı Səfirliyinin 1-ci katibi, 2011-2015-ci illərdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Beynəlxalq Katibliyində iqtisadiyyat, ticarət, texnologiya və ətraf mühit məsələləri üzrə katib və 2015-2022-ci illərdə ATƏT-in Ukraynadakı Xüsusi Monitorinq Missiyasının beynəlxalq monitorinq üzrə mütəxəssisi və əlaqələndirmə qrupunun koordinatoru vəzifələrində çalışıb.
2025-ci ilin dekabr ayından TÜRKPA Beynəlxalq Katibliyinin Protokol xidmətinin rəisi vəzifəsində çalışır.
- Email ünvanı yadigarm@turkpa.org
- Telefon nömrəsi +994 12 563 58 37