TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
Ulan Primov

Ulan Primov

Qırğız Respublikası Joqorku Keneşinin deputatı
TÜRKPA-nın Ətraf Mühit, Təbii Ehtiyatlar və Sağlamlığın Qorunması Komissiyasının üzvü

2000-ci il – Oş Texnoloji Universitetinin Maliyyə və iqtisadiyyat fakültəsini bitirib;

2004-cü il – Oş Dövlət Universitetinin Hüquq fakültəsinin “Hüquqşünaslıq” ixtisası üzrə distant təhsili alıb;

1998-ci ildə tütün fermentasiya zavodunda fəhlə kimi fəaliyyətə başlayıb.

Ali təhsili başa vurduqdan sonra Oş vilayətinin Alay rayonunda aparıcı mütəxəssis, baş mühasib, iqtisadiyyat və maliyyə şöbəsinin müdiri vəzifələrində çalışıb.

2004-cü ildə təsis etdiyi “Parity-Coal” MMC-nin 2014-cü ilədək direktoru vəzifəsində çalışıb; 2007-ci il – Oş şəhər surasının deputatı seçilib və Büdcə, iqtisadiyyat və maliyyə məsələləri üzrə komitənin üzvü olub.

2012-ci il – Oş şəhər şurasının deputatı, 2014-cü ilin yanvar ayında üçüncü çağırış şəhər şurasının sədri seçilib.

4 oktyabr 2015-ci il tarixində keçirilən seçkilərdə VI çağırış Qırğız Respublikası Joqorku Keneşinin deputatı, həmin ilin noyabr ayında Joqorku Keneşin Büdcə və maliyyə komitəsinin üzvü seçilib.

2021-ci ilin noyabr ayında 11 saylı Alay seçki dairəsi üzrə VII çağırış Qırğız Respublikası Joqorku Keneşinin deputatı seçilib.

2022-ci ilin yanvar ayından 2022-ci ilin oktyabr ayınadək – Qırğız Respublikası Joqorku Keneşinin vitse-spikeri vəzifəsini tutub.

2022-ci ilin oktyabr ayından indiyədək Qırğız Respublikası Joqorku Keneşinin Beynəlxalq əlaqələr, müdafiə, təhlükəsizlik və miqrasiya komitəsinin sədridir.

3-cü dərəcə dövlət müşaviridir. İqtisad elmləri namizədidir.

Alay Rayon Dövlət Administrasiyasının, Oş Regional Maliyyə Administrasiyasının, Oş Vilayəti Dövlət Administrasiyasının və Qırğız Respublikasının Energetika Nazirliyinin fəxri fərmanları ilə təltif edilib. Qırğız Respublikasının Maliyyə Nazirliyinin Fondundakı və Qırğız Respublikasının Sosial Fondundakı xidmətlərində üstünlüyə malikdir. Qırğız Respublikasının Prezidenti Sadık Japarovun “Qırğız Respublikası Konstitusiyasının 30 illiyi” yubiley medalı ilə təltif edilib.