Sahibə Qafarova
Azərbaycan Respublikası Milli Məclisinin sədriAzərbaycanın TÜRKPA-dakı nümayəndə heyətinin rəhbəri
Filologiya elmləri doktoru, professor.
Yeni Azərbaycan Partiyasının üzvü.
Əməkdar müəllim. Bakı Slavyan Universitetini və Azərbaycan Dillər Universitetini fərqlənmə diplomu ilə bitirib.
1981–2000-ci illər Bakı Slavyan Universitetinin baş müəllimi, dosent
2002–2004-cü illər Qərb Universitetinin Qərb dilləri fakültəsinin dekanı
2004–2020-ci illər Bakı Slavyan Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru (2010 –2020-ci illərdə ictimai əsaslarla)
2006-cı il Miçiqan Universitetinin Gender Araşdırmaları İnstitutunda Fulbrayt proqramı tələbəsi (ABŞ Dövlət Departamentinin təqaüdü)
2010– hazırda 4-cü, 5-ci və 6-cı çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı
2010–2020-ci illər Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü
2012–2013-cü illər AŞPA-nın İrqçiliyə və ksenofobiyaya qarşı alt komitəsinin sədri
2014–2015-ci illər AŞPA-nın Gender bərabərliyi alt komitəsinin sədri
2015–2020-ci illər Azərbaycan Respublikası Milli Məclisinin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini
2015–2017-ci illər Qadınlara qarşı zorakılıqla mübarizə üzrə baş məruzəçi, AŞPA-nın Zorakılıqdan Azad Qadınlar Parlament Şəbəkəsinin siyasi koordinatoru
2016–2018-ci illər AŞPA-nın Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin sədri, AŞPA-nın Büro üzvü
2018–2020-ci illər Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri
2020-ci il martın 10-dan Azərbaycan Respublikası Milli Məclisinin Sədridir.
Hazırda: Azərbaycanın Türk Dövlətləri Parlament Assambleyası, Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi, Parlamentlərarası İttifaq, Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlərin Parlamentlərarası Assambleyası, İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası və Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının Parlamentlərarası Assambleyasındakı nümayəndə heyətlərinin rəhbəridir.
2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə professor Sahibə Qafarovaya təhsilin inkişafındakı xidmətlərinə görə “Əməkdar müəllim” fəxri adı verilib.
Bir neçə monoqrafiyanın, kitabın və elmi məqalələrin müəllifidir.
İngilis, türk və rus dillərini bilir.