Irısbek Atacanov
Qırğız Respublikası Joqorku Keneşinin deputatıTÜRKPA-nın Təhsil, mədəniyyət, sosial və humanitar məsələlər komissiyasının üzvü
2003-cü ildə Qırğız Dövlət İnşaat, Nəqliyyat və Memarlıq Universitetini bitirib. 2024-cü ildə Qırğız Respublikası Xarici İşlər Nazirliyinin K. Dikambayev adına Diplomatik Akademiyasında Beynəlxalq münasibətlər üzrə magistr dərəcəsi alıb.
2006-cı ildən 2008-ci ilədək Qırğız Respublikasının Daxili İşlər Nazirliyində çalışıb, 2009-cu ildən 2020-ci ilədək sahibkarlıq fəaliyyəti ilə məşğul olub.
2021-ci ildə 7-ci çağırış Qırğız Respublikası Joqorku Keneşinin Kadamcay seçki dairəsi üzrə deputatı seçilib.
O, hazırda Qırğız Respublikası Joqorku Keneşinin Beynəlxalq əlaqələr, müdafiə, təhlükəsizlik və miqrasiya komitəsinin sədr müavini vəzifəsində çalışır.