Filiz Kılıç
Türkiyə Böyük Millət Məclisinin deputatıTÜRKPA-nın Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının üzvü
Hacettepe Universitetinin Ədəbiyyat fakültəsini bitirib. Qazi Universiteti Sosial Elmlər İnstitutunu qədim türk ədəbiyyatı üzrə magistr və fəlsəfə doktoru dərəcələri ilə bitirib.
1995-ci ildə Qazi Universiteti Türk dili və ədəbiyyatı bölməsinin İncəsənət və elm fakültəsinin dosenti, 2005-ci ildə isə professoru elmi dərəcələrini alıb.
Aşağıdakı vəzifələri icra edib: Qazi Universiteti Türk Mədəniyyəti və Hacı Bektaş Vəli Araşdırma Mərkəzinin direktoru, Qazi Universiteti Akademik Qiymətləndirmə və Keyfiyyəti Təkmilləşdirmə Şurasının üzvü, şöbə müdirinin müavini, Kredit Yataqxanaları Təşkilatı Şurasının üzvü, Mədəniyyət Nazirliyinin Nəşr Məşvərət Şurasının üzvü, Nevşehir Hacı Bektaş Vəli Universiteti İncəsənət və elm fakültəsinin Türk dili və ədəbiyyatı bölməsinin rəhbəri, Elmlər üzrə baş idarənin müdiri, Universitetlərarası Şuranın Təhsil komissiyasının üzvü və açar sözlərin müəyyən edilməsi üzrə dosentlər komissiyasının üzvü, Ali Təhsil Şurasının yüksək nailiyyətlər mükafatlarının təyin edilməsi üzrə münsiflər heyətinin üzvü.
2008-2017-ci illərdə Nevşehir Hacı Bektaş Vəli Universitetinin qurucu rektoru vəzifəsini icra edib. Çox sayda kitab və məqalələri nəşr olunub.
Türkiyə Böyük Millət Məclisinə Nevşehirdən ilk qadın millət vəkili olaraq seçilib. 2021-2024-cü illərdə Milliyyətçi Hərəkat Partiyasının sədr müavini vəzifəsində çalışıb.
Hazırda, Milliyyətçi Hərəkat Partiyasının Parlament Qrupunun sədr müavini vəzifəsini icra edir.
İngilis, fars və osmanlı dillərini bilir.