Azizbek Tursunbayev
Qırğız Respublikası Joqorku Keneşinin deputatıTÜRKPA-nın Hüquq Məsələləri və Beynəlxalq Əlaqələr Komissiyasının üzvü
3 may 1966-cı ildə Oş vilayətinin Ala-Buka rayonunun Qızıl-Ata kəndində anadan olub.
1994-cü ildə Qırğız Tibb İnstitutunun Stomatologiya fakültəsini bitirib.
1997-ci ildə Qırğız Dövlət Milli Universitetinin Hüquq fakültəsini bitirib.
1983-cü ildə Ala-Buka rayonunun Birlik birgə təsərrüfatında fəhlə kimi çalışıb.
1984-cü ildən 1986-cı ilədək Sovet Ordusu sıralarında xidmət edib.
1995-ci ildən 1999-cu ilədək fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olub.
2000-ci ildən 2003-cü ilədək "Şəkər-Ordo" MMC-nin Ticarət şöbəsinin müdiri vəzifəsində çalışıb.
2003-cü ildən 2005-ci ilədək "Oşkratekst" MMC-nin Bişkek filialının direktor müavini, sonra direktor vəzifələrində işləyib.
2005-ci ildə 3-cü çağırış Qırğız Respublikası Joqorku Keneşinin deputatı, 2007-ci ildə isə 4-cü çağırış Qırğız Respublikası Joqorku Keneşinin deputatı seçilib.
2007-ci ildə Joqorku Keneş sədrinin müavini vəzifəsinə seçilib.
2011-ci ildə Cəlal-Abad vilayətinin dövlət administrasiyasının başçısı – qubernator vəzifəsində çalışıb.
2015-ci ildə “Qırğızıstan” siyasi partiyasının siyahısı üzrə Qırğız Respublikası Joqorku Keneşinin deputatı seçilib.
2021-ci ildə 18 saylı Ala-Buka seçki dairəsi üzrə Qırğız Respublikası Joqorku Keneşinin deputatı seçilib.
2022-ci ildən Qırğız Respublikası Joqorku Keneşinin Yanacaq-energetika kompleksi, yerin təkindən istifadə və sənaye siyasəti komitəsinin sədridir.
Qırğız Respublikası Joqorku Keneşinin “Mekençil” deputatlar qrupunun üzvüdür.
Dövlət qulluğunun 2-ci dərəcəli müşaviridir.
Ailəlidir, 5 uşaq atasıdır.