TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media

TÜRKPA nümayəndə heyəti Vyanada ATƏT PA-nın qış sessiyasının ikinci günündə iştirak edir

Tarix
Şəkil sayı
5

TÜRKPA Baş katibi cənab Ramil Həsənin rəhbərlik etdiyi nümayəndə heyətinin ATƏT PA-nın Avstriyanın paytaxtı Vyanada keçirilən 25-ci qış sessiyasının ikinci günündə iştirakı davam edir.

Plenar Sessiya çərçivəsində TÜRKPA-nın Baş katibi cənab Ramil Həsən ATƏT PA-nın Baş katibi cənab Roberto Montella və ATƏT PA-nın Prezidenti cənab Pere Con Pons Sampietro ilə görüşüb. Görüş zamanı ATƏT PA ilə TÜRKPA arasında 2010-cu ildən etibarən davam edən əməkdaşlığın inkişaf etdirilməsi, qarşılıqlı əsasda ortaq layihələrdə iştirak və keçiriləcək beynəlxalq konfranslarda birgə iştirak ilə bağlı müzakirələr aparılıb.

Eyni zamanda, görüşlərdə 57 ölkəni birləşdirən ATƏT PA-da müşahidəçi statusunun əldə olunması istiqamətində TÜRKPA tərəfindən bütün zəruri sənədlərin toplandığı və yaxın günlərdə ATƏT PA-nın Beynəlxalq Katibliyinə göndəriləcəyinə dair məsələlər də müzakirə edilib.

TÜRKPA nümayəndə heyəti Baş katib cənab Ramil Həsənin rəhbərliyi altında Baş katibin müavini Muhammet Alper Hayali, Komissiya katibi Aynurə Abutalıbova və Protokol xidmətinin müdiri Yadigar Məmmədov daxil olmaqla qış sessiyasının iştirakçılarının şərəfinə Avstriya Milli Şurasının Prezidenti Dr. Volter Rozenkranz tərəfindən təşkil olunan rəsmi qəbulda iştirak edib.