TÜRKPA 5-ci Antalya Diplomatiya Forumunda iştirak edir
0
Türkiyə Respublikasının xarici işlər naziri cənab Hakan Fidanın dəvəti ilə TÜRKPA Baş katibi cənab Ramil Həsənin rəhbərlik etdiyi nümayəndə heyəti 5-ci Antalya Diplomatiya Forumunda iştirak edir.
Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın ev sahibliyi ilə Forumun rəsmi açılış mərasimi 17 aprel 2026-cı il tarixində Türkiyənin Antalya şəhərində baş tutub.
Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Birinci xanım Mehriban Əliyeva, həmçinin 50-yə yaxın ölkədən dövlət və hökumət başçıları da daxil olmaqla, 140-a yaxın yüksək səviyyəli nümayəndə iştirak edib.
Forum çərçivəsində TÜRKPA Baş katibinin beynəlxalq təşkilatların nümayəndələri və hökumət rəsmiləri ilə bir sıra ikitərəfli və çoxtərəfli görüşlərinin keçirilməsi planlaşdırılır. Cənab Ramil Həsən, həmçinin Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş paneldə əsas məruzəçi qismində çıxış edəcək.
Səfər zamanı Baş katibi müavini cənab Muhammet Alper Hayali və Komissiya katibi xanım Aynurə Abutalibova müşayiət edirlər.