TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media

ƏTİT Baş direktoru TÜRKPA Baş katibini ziyarət edib

Tarix
Şəkil sayı
0

5 mart 2026-cı il tarixində Ərzaq Təhlükəsizliyi üzrə İslam Təşkilatının (ƏTİT) Baş direktoru səfir Berik Arın Bakıya rəsmi səfəri çərçivəsində TÜRKPA-nın Baş katibi cənab Ramin Həsənə nəzakət ziyarəti edib.

Görüş zamanı iki təşkilat arasında uzun illərdir davam edən əməkdaşlıq məsələlərinə dair ətraflı fikir mübadiləsi aparılıb. Həmçinin TÜRKPA-nın Qazaxıstanın fəaliyyətdə olan sədrliyi çərçivəsində həyata keçirdiyi layihələr, təşkilatın daimi komissiyalarının işində ƏTİT-in peşəkar ekspertlərinin mümkün iştirakı da xüsusi olaraq vurğulanıb.

Eyni zamanda, TÜRKPA millət vəkillərinin ƏTİT-in fəaliyyətində aktiv iştirakı məsələsinə də toxunulub. Bu iştirakın hər iki təşkilatın ortaq maraqlarına xidmət etdiyi, qarşılıqlı fəaliyyətin daha da gücləndirilməsinə imkan yaratdığı qeyd olunub.

Görüşdə, həmçinin TÜRKPA Beynəlxalq Katibliyi tərəfindən Baş katibin müavini Talqat Aduov və İctimaiyyətlə Əlaqələr üzrə mütəxəssis Fidan Məcidli, ƏTİT-dən isə İkitərəfli əlaqələr üzrə mütəxəssis Baqlan Naribek iştirak edib.