TÜRKPA Katibliyində üzv ölkələrin bayraqları yarıya qədər endirilib
Tarix
Baxış
61
10 yanvar 2022-ci il tarixində Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev tərəfindən elan edilən matəm günü ilə əlaqədar, TÜRKPA Katibliyində üzv ölkələrinin bayraqları yarıya qədər endirilmişdir.
TÜRKPA qardaş Qazaxıstan xalqı və rəhbərliyi ilə həmrəy olduğunu bir daha vurğulayaraq qazax xalqının yanında olduğunu bildirir və Qazaxıstanın bir sıra regionlarında baş vermiş faciəvi hadisələrin qurbanlarının xatirəsini ehtiramla yad edir.
Assambleya hadisələr zamanı həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananlara şəfa diləyir.