TÜRKPA Baş katibi cənab Ramil Həsənin Qurban Bayramı münasibətilə təbrik mesajı
Tarix
Baxış
26
Müqəddəs Qurban Bayramı münasibətilə Türk dünyasının xalqlarına və bütün İslam ümmətinə ən səmimi təbriklərimizi və xoş arzularımızı çatdırmaqdan şərəf duyuruq. Bu müqəddəs bayramın təcəssüm etdirdiyi şəfqət, həmrəylik və birlik ruhuna böyük dəyər verir, Türk və İslam dünyasında qardaşlıq və dostluq əlaqələrini daha da gücləndirən ortaq mənəvi və mədəni irsimizi uca tuturuq.