TÜRKPA Baş katibi cənab Ramil Həsənin İrəvanda Türkiyə bayrağının yandırılması ilə bağlı bəyanatı
1
23 aprel tarixində İrəvanda keçirilən "məşəl yürüşü" zamanı Türkiyə bayrağının yandırılmasını qətiyyətlə pisləyirik.
Bu cür hərəkətlər qarşılıqlı hörmət prinsipini sarsıdır və regiondakı gərginliyin daha da artmasına səbəb olma riski daşıyır.
Etnik nifrətin nümayiş etdirilməsi dinc birgəyaşayış dəyərləri və məsuliyyətli ictimai davranış normaları ilə ziddiyyət təşkil edir.
Beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq, regionda sabitlik və konstruktiv fəaliyyət üçün vacib elementlərdən olan dialoq, təmkin və qarşılıqlı hörmətin təşviq edilməsinin, habelə regionda sülhün, qarşılıqlı ehtiramın və etimadın inkişaf etdirilməsinin əhəmiyyətini bir daha vurğulayırıq.
Səfir Ramil Həsən,
Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi