TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
TÜRKPA Baş katibi cənab Ramil Həsənin Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə bağlı mesajı

TÜRKPA Baş katibi cənab Ramil Həsənin Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə bağlı mesajı

Tarix
Baxış
1

Müasir Azərbaycan dövlətinin qurucusu, dövlətçilik ənənələrinin möhkəmləndirilməsi və milli-mənəvi dəyərlərin qorunması istiqamətində misilsiz xidmətlər göstərən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünü dərin ehtiram və minnətdarlıq hissi ilə yad edirik.

Ulu Öndər Heydər Əliyev türk dünyasının birliyi və həmrəyliyi naminə daim fədakarlıqla çalışmış görkəmli liderdir. Onun uzaqgörən siyasəti sayəsində qardaş türk dövlətləri arasında təməli qoyulan əməkdaşlıq bu gün də uğurla davam etdirilir.

Ortaq tarixi köklərə əsaslanan Türk dünyasının birliyində müstəsna rolu olan Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini dərin hörmət, rəğbət və rəhmət hissi ilə anırıq.


Ramil Həsən,

TÜRKPA Baş katibi