TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
TÜRKPA Baş katibi AK Parti sədrinin birinci müavini Efkan Ala ilə görüşüb

TÜRKPA Baş katibi AK Parti sədrinin birinci müavini Efkan Ala ilə görüşüb

Tarix
Baxış
212

27 oktyabr 2026-cı il tarixində Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi cənab Ramil Həsən Türkiyə Respublikasına rəsmi səfəri çərçivəsində Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədrinin birinci müavini cənab Efkan Ala ilə görüşüb.

Görüşdə, həmçinin AK Partinin xarici əlaqələr üzrə sədr müavini cənab Zafer Sırakaya iştirak edib.

Görüş zamanı TÜRKPA-nın Qırğız Respublikasının paytaxtı Bişkek şəhərində keçirilmiş 15-ci plenar iclası və Assambleya Şurasının iclası çərçivəsində qəbul edilmiş qərarlar, eləcə də qardaş ölkələr arasında münasibətlərin yüksək səviyyədə davam etdirilməsinin vacibliyi vurğulanıb. Həmçinin Azərbaycan və Türkiyə arasında strateji müttəfiqlik münasibətlərinin iki qüdrətli lider — cənab İlham Əliyev və cənab Recep Tayyip Ərdoğanın rəhbərliyi ilə daha da inkişaf etdirilməsinin və möhkəmləndirilməsinin əhəmiyyəti qeyd olunub. Azərbaycan və Türkiyənin müstəqil daxili və xarici siyasət yürüdən qüdrətli dövlətlər kimi beynəlxalq arenada öz mövqelərini möhkəmləndirməsinin və Türk dünyasının birliyinə töhfə verməsinin əhəmiyyəti xüsusi vurğulanıb.

Öz növbəsində, TÜRKPA-nın Baş katibi cənab Ramil Həsən səmimi qəbula görə cənab Efkan Alaya və cənab Zafer Sırakayaya təşəkkürünü bildirib. O, müstəqil və qüdrətli türk dövlətlərinin beynəlxalq müstəvidə mövcudluğunun və həmrəyliyinin Türk dünyasının vahid və güclü birlik kimi çıxış etməsinə mühüm töhfə verdiyini qeyd edib.

Baş katib, xüsusilə, Azərbaycan və Türkiyə arasında strateji müttəfiqlik münasibətlərinin daha da inkişaf etdirilməsinin, müstəqil siyasi xəttin davam etdirilməsinin və ortaq maraqların uzlaşdırılmasının hər iki dövlətin beynəlxalq arenada mövqelərinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. O, həmçinin Azərbaycan və Türkiyənin digər qardaş Türk dövlətləri üçün ilham mənbəyi və aparıcı qüvvə rolunu oynadığını xüsusi qeyd edib.

Cənab Efkan Ala, iqtidar partiyası olan Ədalət və İnkişaf Partiyası adından Azərbaycan ilə Türkiyə arasındakı qardaş münasibətlərin daha da inkişaf etdirilməsinə bundan sonra da əllərindən gələn bütün dəstəyi göstərəcəklərini bildirib. O, TÜRKPA-nın fəaliyyətinə və Baş katibin işlərinə uğurlar arzulayıb.