TÜRKPA Pİ və Türkiyə Parlamentinin birgə təşkil etdiyi Qlobal Parlament Konfransında iştirak edib
Tarix
Baxış
183
2022-ci il 20-21 iyun tarixlərində Baş katib Mehmet Süreyya Er İstanbulda Parlamentlərarası İttifaq (Pİ) və Türkiyə Böyük Millət Məclisinin birgə təşkil etdiyi “Parlamentlər, Miqrasiya və Qaçqınlar haqqında Qlobal Sazişlər: Daha güclü beynəlxalq əməkdaşlıq və milli icraya necə nail olmalı” mövzusunda keçirilən Qlobal Parlament Konfransında iştirak etmişdir.
Konfrans parlament sədrləri, parlamentarilər və beynəlxalq təşkilatların nümayəndələrini bir araya gətirmişdir.
Tədbir qlobal sazişlərin həyata keçirilməsində irəliləyişlər və daha güclü kollektiv, ikitərəfli və milli fəaliyyət yolunda duran problemlərə diqqət yetirilməsinə yönəlmiş panel sessiyalardan ibarət olmuşdur. İştirakçılar qeyri-ixtiyari miqrasiyanın qalıcı həlli yolları, qeyri-qanuni miqrasiyanın həlli, bu sahədə məsuliyyət və yükün ədalətli bölgüsü, miqrant və qaçqınların həyat tərzinin tənzimlənməsi, dünyada ən çox immiqrasiyaya ev sahibliyi edən ölkə kimi Türkiyənin təcrübəsi mövzularında müzakirə aparmışdır.
Axtarış
Son Xəbərlər
-
TÜRKPA Baş katibi MDB PA Baş katibi ilə görüşüb
- 22 may 2026
-
TÜRKPA Türk Mətbəxi Həftəsində iştirak edib
- 22 may 2026