TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
TÜRKPA ADA Universitetində keçirilən QPMS-də iştirak edib

TÜRKPA ADA Universitetində keçirilən QPMS-də iştirak edib

Tarix
Baxış
197

26 may 2026-cı il tarixində TÜRKPA-nın Təhsil, mədəniyyət, sosial və humanitar məsələlər komissiyasının katibi Mirlan Usenkanov ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutu tərəfindən təşkil olunmuş “Yaxın Şərqdə sülh quruculuğu, İkinci xətt (Track 2) və gizli diplomatiya – tarixi perspektiv” mövzusunda Qlobal Perspektivlər Mühazirə Seriyasında (QPMS) iştirak edib.

Kandid Fondunun direktoru Daniel Qerlax tərəfindən təqdim olunan mühazirədə sülh quruculuğu konsepsiyası, münaqişələrin nizamlanmasında İkinci xətt diplomatiyasının və qeyri-rəsmi vasitəçiliyin rolu barədə danışılıb, həmçinin Yaxın Şərqdəki diplomatik proseslər və sülh təşəbbüslərinə dair tarixi xülasə təqdim olunub.

Akademik və diplomatik sahələrin nümayəndələrini bir araya gətirən tədbir müasir beynəlxalq münasibətlər və münaqişələrin nizamlanması mexanizmlərinə dair ətraflı müzakirələr və fikir mübadiləsi üçün platforma rolunu oynayıb.