TÜRKPA-nın fəaliyyətdə olan sədri Katibliyi ziyarət edib
Tarix
Baxış
212
12 iyul 2023-cü il tarixində Azərbaycan Respublikasına rəsmi səfəri çərçivəsində TÜRKPA-nın fəaliyyətdə olan sədri, Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşun rəhbərlik etdiyi nümayəndə heyəti Katibliyi ziyarət etmişdir. Parlament sədrini Türkiyədən olan parlamentarilər və hər iki ölkənin səfiri müşayiət etmişdir.
Spiker TÜRKPA Baş katibi Mehmet Süreyya Er tərəfindən qarşılanmışdır.
Fəaliyyətdə olan sədr Katibliyin binası və iş şəraiti ilə tanış olmuş, eləcə də Katibliyin daxili həyət sahəsində ağacəkmə mərasimində iştirak etmişdir.
Axtarış
Son Xəbərlər
-
TÜRKPA Baş katibi MDB PA Baş katibi ilə görüşüb
- 22 may 2026
-
TÜRKPA Türk Mətbəxi Həftəsində iştirak edib
- 22 may 2026