TÜRKPA Missiyası Özbəkistanın MSK sədri ilə görüşüb
Tarix
Baxış
209
30 aprel 2023-cü il tarixində Azərbaycan, Qazaxıstan və Türkiyə parlamentariləri, həmçinin TÜRKPA Katibliyinin nümayəndələrindən ibarət TÜRKPA Referendum Müşahidə Missiyası Özbəkistan Respublikası Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Zayniddin Nizamxocayev ilə görüşmüşdür.
MSK sədri Konstitusiya referendumuna hazırlıq və onun təşkilinin əsas xüsusiyyətləri, o cümlədən referendum sistemi, referendumun idarə edilməsi, aşağı səviyyəli komissiyalar üçün təlimlərin keçirilməsi üzrə görülən işlər barədə Missiyaya ətraflı məlumat vermiş, missiya üzvlərinin suallarını cavablandırmışdır.
Missiya Özbəkistana Konstitusiya referendumunun keçirilməsində müvəffəqiyyətlər arzulamışdır.
Axtarış
Son Xəbərlər
-
TÜRKPA Baş katibi MDB PA Baş katibi ilə görüşüb
- 22 may 2026
-
TÜRKPA Türk Mətbəxi Həftəsində iştirak edib
- 22 may 2026