Dastanbek Cumabekov Qırğız Respublikası Joqorku Keneşinin Sәdri seçildi
Tarix
Baxış
180
25 oktyabr 2017-ci il tarixində cənab Dastanbek Jumabekov Qırğız Respublikası Joqorku Keneşinin (Parlament) Sədri seçilmişdir.
Joqorku Keneşin yeni seçilmiş Sədri parlament üzvlərinə onların inamına görə səmimi qəlbdən təşəkkür etmiş və deputatları ölkənin qanunvericiliyinin daha da təkmilləşdirilməsinə dair ictimaiyyət qarşısında duran problemlərə daha çox diqqət yetirməyə və dövlətin maraqlarının qorunması sahəsində birgə fəaliyyətə çağırmışdır.
Joqorku Keneşin Sədri vəzifəsinə seçkilər oktyabrın 25-də öncəki Sədr cənab Ç. Tursunbekovun istefasından sonra keçirilmişdir.
Bu münasibətlə TürkPA Baş katibi Jandos Asanov Joqorku Keneşin yeni seçilmiş Sədrinə təbrik məktubu ünvanlamışdır.
Cənab D. Jumabekov bu vaxta qədər TürkPA-nın İqtisadi Əməkdaşlıq Kommisiyasının Sədri olmuşdur.
Axtarış
Son Xəbərlər
-
TÜRKPA Baş katibi MDB PA Baş katibi ilə görüşüb
- 22 may 2026
-
TÜRKPA Türk Mətbəxi Həftəsində iştirak edib
- 22 may 2026