TÜRKPA "Türk sivilizasiyası irsinin qorunması haqqında" Konvensiya layihəsinin müzakirəsinə dair iclasda iştirak edib
139
22 sentyabr 2026-cı il tarixində TÜRKPA-nın Hüquqi məsələlər və beynəlxalq əlaqələr komissiyasının katibi Dr. Kadir Yaman "Türk sivilizasiyası irsinin qorunması haqqında" Konvensiya layihəsinin müzakirəsinə həsr olunmuş onlayn iclasda iştirak edib.
Konvensiya layihəsi “Türk Dünyası Baxış – 2040 ”, Türk Dünyası Xartiyası və “TURKTIME” Proqramında müəyyən edilmiş məqsədlərə, habelə 15 may 2026-cı il tarixində Türkistan şəhərində keçirilmiş Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının qeyri-rəsmi Zirvə Görüşünün yekunlarına əsasən qəbul edilmiş Fəaliyyət Planının icrası çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondunun təşəbbüsü ilə hazırlanıb.
İclasda mədəni irsin qorunması, beynəlxalq əməkdaşlıq və beynəlxalq hüquq məsələləri sahələrində üzv dövlətlərin səlahiyyətli nümayəndələri və ekspertləri iştirak edib və Konvensiya layihəsinin mətnini, tərəflərdən daxil olmuş rəy və təklifləri, habelə sənədin gələcək əlaqələndirilməsi və təkmilləşdirilməsi üzrə müzakirələr aparıblar.