TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
TÜRKSOY Baş katibinin müavini TÜRKPA Beynəlxalq Katibliyini ziyarət edib

TÜRKSOY Baş katibinin müavini TÜRKPA Beynəlxalq Katibliyini ziyarət edib

Tarix
Baxış
63

27 fevral 2026-cı il tarixində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Baş katibinin müavini Sayit Yusuf TÜRKPA Beynəlxalq Katibliyini ziyarət edərək, Baş katibinin müavini Muhammet Alper Hayali ilə görüşüb.

Görüş zamanı cənab Hayali qonağa TÜRKPA-nın fəaliyyəti barədə ətraflı məlumat verərək, həyata keçirilən təşəbbüsləri və prioritet əməkdaşlıq istiqamətlərini qeyd edib.

Öz növbəsində, cənab Yusuf TÜRKSOY-un cari fəaliyyəti barədə məlumat verərək, iki təşkilat arasında aktiv və qarşılıqlı faydalı əməkdaşlığın daha da gücləndirilməsinə təşkilatın sadiqliyini ifadə edib.

Tərəflər Türk əməkdaşlığının əsas təşkilatları kimi TÜRKPA və TÜRKSOY-un Türk dünyasının ortaq dəyərlərinin və ümumi maraqlarının təşviqinə verdiyi mühüm töhfəni xüsusi olaraq qeyd ediblər. Bununla əlaqədar olaraq, onlar təşkilatlararası əməkdaşlığın gücləndirilməsi və dinamik şəkildə inkişaf etdirilməsi istiqamətində birgə səylərin davam etdirilməsinə hazır olduqlarını bir daha təsdiqləyiblər.

Görüşdə cənab Sayit Yusufu TÜRKSOY-da Azərbaycanın ölkə üzrə nümayəndəsi cənab Vüqar Məmmədov müşayiət edib.