TÜRKPA “Uşaqların sağlamlığına və inkişafına zərər vuran informasiyadan qorunması haqqında” Model qanunun hazırlanması üzrə Ekspert qrupunun ilk iclası onlayn formatda keçirilib
Tarix
Baxış
3
12 fevral 2026-cı il tarixində “Uşaqların sağlamlığına və inkişafına zərər vuran informasiyadan qorunması haqqında” Model qanun layihəsinin hazırlanması üzrə Ekspertlər qrupunun ilk iclası onlayn formatda keçirilib. Sözügedən Model qanun TURKPA-nın 2023–2028-ci illər üçün Strateji Yol Xəritəsinə uyğun olaraq, təhsil, mədəniyyət sosial və humanitar məsələlər komissiyası çərçivəsində hazırlanacaq.
Baş katibin müavini Sakı Sadıkov tərəfindən açılan iclası komissiyasının katibi Aygerim Taalaybekova aparıb.
TÜRKPA üzv parlamentlərini təmsil edən ekspertlər qanunvericilik tədbirləri üzrə təkliflər irəli sürüb, uşaqlara təsir edən əsas riskləri müəyyən edib və onların zərərli informasiyadan qorunması sahəsində prioritet məsələləri işıqlandırıblar.
Uşaqların ən yüksək səviyyədə qorunmasını təmin etmək üçün “zərərli məzmun” anlayışının hüquqi baxımdan müəyyənləşdirilməsi məqsədilə müvafiq terminologiyanın hazırlanmasına xüsusi əhəmiyyət verilib.
Tərəflər növbəti iclasın 3 mart 2026-cı il tarixində keçirilməsi barədə razılığa gəlib.
Axtarış
Son Xəbərlər
-
TÜRKPA Baş katibi KKTC Baş naziri ilə görüşüb
- 18 apr 2026