TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
TÜRKPA Parlamentlərarası İttifaqın 152-ci Assambleyasında iştirak edir

TÜRKPA Parlamentlərarası İttifaqın 152-ci Assambleyasında iştirak edir

Tarix
Baxış
113

TÜRKPA Baş katibi cənab Ramil Həsənin rəhbərlik etdiyi TÜRKPA nümayəndə heyəti Parlamentlərarası İttifaqının (PAİ) Türkiyənin İstanbul şəhərində keçirilən 152-ci Assambleyasında iştirak edir.

Assambleya çərçivəsində bir sıra ikitərəfli və çoxtərəfli görüşlərin, həmçinin TÜRKPA üzv və müşahidəçi dövlətlərin parlament sədrlərinin, o cümlədən Özbəkistan Ali Məclisi Senatının sədri və Türkmənistan nümayəndə heyətinin iştirakı ilə qeyri-rəsmi toplantının keçirilməsi nəzərdə tutulub.

TÜRKPA nümayəndə heyətinə Baş katibin müavinləri Talqat Aduov və Muhammet Alper Hayali, Komissiya katibi Aynurə Abutalıbova, Protokol xidmətinin rəhbəri Yadigar Məmmədov, Təşkilati və inzibati məsələlər üzrə katib Ələsgər Ağayev, Hüquq məsələləri üzrə mütəxəssis Azər Məmmədov və Baş katibin köməkçisi Tahmina Bakiyeva daxil olublar.