TÜRKPA nümayəndə heyəti Vyanada ATƏT PA-nın qış sessiyasında iştirak edir
Tarix
Baxış
2
Baş katib cənab Ramil Həsənin rəhbərlik etdiyi TÜRKPA nümayəndə heyəti 19 fevral 2026-cı il tarixində ATƏT PA-nın Avstriyanın paytaxtı Vyanada Hofburq Konqres Mərkəzində başlayan 25-ci qış sessiyasında iştirak edir.
Xüsusi qonaq statusu ilə Plenar Sessiyada iştirak edən TÜRKPA nümayəndə heyəti sessiya çərçivəsində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Macarıstan və Özbəkistan nümayəndə heyətləri ilə bir araya gələrək TÜRKPA-nın ATƏT PA-da müşahidəçi statusu əldə etməsi ilə bağlı başladılan proseslə əlaqədar geniş fikir mübadiləsi aparıb və nümayəndə heyətlərinə TÜRKPA Beynəlxalq Katibliyi tərəfindən artıq imzalarının toplandığı, eləcə də Qazaxıstanın fəaliyyətdə olan sədrliyi çərçivəsində zəruri prosedurların başa çatdırıldığına dair məlumat verib.
Eyni zamanda, bundan sonrakı mərhələdə həm ATƏT PA-nın Bürosunda, həm də Daimi Komitəsində məsələnin müzakirəyə çıxarılması ilə bağlı fikir mübadiləsi aparılaraq TÜRKPA-nın müşahidəçi statusu əldə etməsi istiqamətində konkret nəticələrin hasil edilməsi üzrə nümayəndə heyətləri tərəfindən ortaq Yol Xəritəsinin həyata keçirilməsi qərara alınıb.
Müzakirələrdə Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin rəhbəri cənab Qaya Məmmədov, Qazaxıstanın ATƏT PA-da nümayəndə heyətinin rəhbərinin müavini Aynur Argınbekova, Qırğızıstanın ATƏT PA-da nümayəndə heyətinin üzvü Medina Kayrılbekova, Türkiyənin ATƏT PA-da nümayəndə heyətinin rəhbəri cənab Selami Altınok, Özbəkistanın ATƏT PA-da nümayəndə heyətinin üzvü cənab Odiljon Mamatkarimov və Macarıstanın ATƏT PA-da nümayəndə heyəti iştirak edib.
Nümayəndə heyətinin tərkibinə Baş katibin müavini Muhammet Alper Hayali, Komissiya katibi Aynur Abutalıbova və Protokol xidmətinin müdiri Yadigar Məmmədov daxildir.
ATƏT PA-nın qış sessiyası öz işini davam etdirməkdədir.
Axtarış
Son Xəbərlər
-
TÜRKPA Baş katibi KKTC Baş naziri ilə görüşüb
- 18 apr 2026