TÜRKPA-nın “Uşaqların sağlamlığına və inkişafına zərər vuran informasiyadan qorunması haqqında” Model Qanun layihəsinin hazırlanması tamamlanıb
50
TÜRKPA-nın Təhsil, mədəniyyət, sosial və humanitar məsələlər komissiyası çərçivəsində “Uşaqların sağlamlığına və inkişafına zərər vuran informasiyadan qorunması haqqında” Model Qanun layihəsinin hazırlanması üzrə ekspert qrupunun iclasları yekunlaşıb. Model Qanun layihəsinin hazırlanması üzrə üzv dövlətlərin nümayəndələrindən ibarət ekspert qrupu müvafiq olaraq 12 fevral və 3 mart 2026-cı il tarixlərində onlayn formatda təşkil edilmiş iclaslarda bir araya gəlib. “Uşaqların sağlamlığına və inkişafına zərər vuran informasiyadan qorunması haqqında” Model Qanun layihəsi TÜRKPA-nın “2023-2028-ci illər üçün Strateji Yol Xəritəsi”nə uyğun olaraq hazırlanıb.
Model Qanun layihəsi Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin milli qanunvericilik sistemlərində mövcud olan əsas hüquqi prinsiplərə və normativ bazaya əsaslanır. Sənədin hazırlanması prosesində üzv dövlətlərin qüvvədə olan qanunvericilik təcrübəsi, ölkələrdə tətbiq edilən oxşar qanunvericilik aktları, həmçinin digər normativ-hüquqi sənədlər müqayisəli təhlil edilib. Bu Model Qanun layihəsinin hazırlanması uşaqların fiziki, psixi və mənəvi inkişafına mənfi təsir göstərə biləcək informasiyadan müdafiəsi sahəsində vahid hüquqi mexanizmlərin formalaşdırılmasına xidmət edir. Bu sənəd uşaqların informasiya təhlükəsizliyinin təmin olunması, onlar üçün uyğun informasiya mühitinin yaradılması, eləcə də müvafiq sahədə mövcud hüquqi boşluqların aradan qaldırılması məqsədini daşıyır.
Üzv dövlətlərin və TÜRKPA Katibliyinin nümayəndələrinin iştirakı ilə keçirilən ekspert qrupunun iclaslarında Model Qanun layihəsi ilə bağlı fikir mübadiləsi aparılıb, tövsiyələr verilib və təkliflər səslənib.
Qırğız Respublikasının Joqorku Keneşi tərəfindən hazırlanan Model Qanunun yekun layihəsi Komissiyanın 13-cu iclasına təqdim ediləcəkdir.
İclaslara Komissiyanın katibi Aygerim Taalaybekova moderatorluq edib.
Axtarış
Son Xəbərlər
-
TÜRKPA Baş katibi KKTC Baş naziri ilə görüşüb
- 18 apr 2026