TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
TÜRKPA-nın İqtisadi əməkdaşlıq komissiyasının sədri, Qazaxıstan Respublikası Parlamenti Məclisinin deputatı TÜRKPA Baş katibini ziyarət edib

TÜRKPA-nın İqtisadi əməkdaşlıq komissiyasının sədri, Qazaxıstan Respublikası Parlamenti Məclisinin deputatı TÜRKPA Baş katibini ziyarət edib

Tarix
Baxış
84

6 aprel 2026-cı il tarixində TÜRKPA İqtisadi əməkdaşlıq komissiyasının sədri, Qazaxıstan Respublikası Parlamenti Məclisinin deputatı cənab Anas Bakkojayev TÜRKPA-nın İqtisadi əməkdaşlıq komissiyasının 13-cü iclasında iştirak etmək məqsədilə Bakıya rəsmi səfəri çərçivəsində TÜRKPA Beynəlxalq Katibliyini ziyarət edərək Baş katib cənab Ramil Həsənlə görüşüb.

Görüş zamanı tərəflər TÜRKPA Komissiyasının qarşıdan gələn iclası və müvafiq seminarla bağlı məsələləri müzakirə ediblər. Həmçinin qanunvericilik bazasının daha da möhkəmləndirilməsi və qardaş dövlətlər arasında qarşılıqlı əməkdaşlığın genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Öz növbəsində, TÜRKPA-nın Baş katibi komissiyanın qarşıdan gələn iclasına uğurlar arzulayaraq, TÜRKPA komissiyalarının, eləcə də təşkilatın digər strukturlarının davamlı və səmərəli fəaliyyəti üçün bütün zəruri dəstəyin bundan sonra da göstəriləcəyini ifadə edib.

Görüşdə həmçinin Baş katibin müavini Talqat Aduov və İctimaiyyətlə əlaqələr üzrə mütəxəssis Fidan Məcidli iştirak ediblər.