TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
TÜRKPA Beynəlxalq Referendum Müşahidə Missiyası Türkistanda səsvermə prosesini müşahidə edir

TÜRKPA Beynəlxalq Referendum Müşahidə Missiyası Türkistanda səsvermə prosesini müşahidə edir

Tarix
Baxış
71

Qazaxıstan Respublikasında ümumxalq referendum günündə TÜRKPA Beynəlxalq Referendum Müşahidə Missiyasının üzvləri Türkistan şəhərində səsvermə prosesinin monitorinqini həyata keçirirlər.

Missiya üzvləri saat 07:00-da səsvermə məntəqələrinin açılışını müşahidə ediblər və səsvermə prosedurlarını müşahidə etmək və prosesin təşkilini qiymətləndirmək məqsədilə referendum günü boyunca səsvermənin bitməsinədək (saat 20:00-dək) Türkistan şəhərindəki səsvermə məntəqələrini ziyarət etməyə davam edəcəklər.

TÜRKPA Beynəlxalq Referendum Müşahidə Missiyası referendumun müşahidəsini Qazaxıstanın Astana, Almatı və Türkistan şəhərlərində həyata keçirir. Missiyanın Türkistan qrupunun tərkibinə Türkiyə Böyük Millət Məclisinin deputatları cənab Tahir Akyürek, xanım Filiz Kılıç və cənab Kadim Durmaz, TÜRKPA Beynəlxalq Katibliyinin heyəti - komissiya katibi cənab Kadir Yaman, tədqiqat üzrə mütəxəssis xanım Kamila Müzəffərli və Türkiyə parlamentinin əməkdaşı, qanunvericilik eksperti cənab Ercan Durdular daxildir.