TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
TÜRKPA Beynəlxalq Referendum Müşahidə Missiyası Almatıda səsvermə prosesini müşahidə edir

TÜRKPA Beynəlxalq Referendum Müşahidə Missiyası Almatıda səsvermə prosesini müşahidə edir

Tarix
Baxış
94

Bu gün — Qazaxıstan Respublikasında ümumxalq referendum günündə TÜRKPA Beynəlxalq Referendum Müşahidə Missiyasının Almatı qrupu Almatı şəhərində səsvermə prosesinin müşahidəsini həyata keçirir.

Missiya üzvləri saat 07:00-da səsvermə məntəqəsinin açılışını müşahidə ediblər və referendum günü boyunca saat 20:00-da səsvermənin bitməsinədək səsvermə məntəqələrini ziyarət etməyə davam edəcəklər. Missiya üzvləri həmçinin səsvermə məntəqəsində səslərin sayılmasını müşahidə edəcəklər.

TÜRKPA Beynəlxalq Referendum Müşahidə Missiyası referendumun müşahidəsini Qazaxıstanın Astana, Almatı və Türkistan şəhərlərində həyata keçirir. Missiyanın Almatı qrupunun tərkibinə parlamentin deputatları xanım Tamam Cəfərova (Azərbaycan), cənab Mahmut Özer və cənab Cemal Enginyurt (hər ikisi Türkiyədən), TÜRKPA Beynəlxalq Katibliyinin heyəti — Baş katibin müavini cənab Muhammet Alper Hayali, komissiya katibi cənab Bauırjan Datkayev, hüquq məsələləri üzrə mütəxəssis cənab Azər Məmmədov və Türkiyə parlamentinin əməkdaşı, nümayəndə heyəti katibi cənab Abdullah Nuri Ayvaz daxildir.