TÜRKPA Baş katibinin müavini Xəzər böhranı mövzusunda keçirilən dəyirmi masada iştirak edib
Tarix
Baxış
3
17 fevral 2026-cı il tarixində Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA) Baş katibinin müavini Sakı Sadıkov “Xəzər böhranı: səbəblər, nəticələr və həll yolları” mövzusunda keçirilən dəyirmi masa müzakirəsində iştirak edib. Tədbir Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə Bakı şəhərində baş tutub.
İnkişaf və Diplomatiya İnstitutunun (IDD) direktoru və ADA Universitetinin prorektoru Dr. Fariz İsmayılzadə moderatorluq etdiyi tədbirdə Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Alim Bayel, Azərbaycan və Qazaxıstanın nüfuzlu ekspertləri və yüksək səviyyəli rəsmiləri də iştirak edib.
Tədbirdə Xəzər regionunun qarşılaşdığı təcili çağırışlar, onların genişmiqyaslı təsirləri və birgə fəaliyyət üçün mümkün yollar ətrafında müzakirələr aparılıb. Xüsusilə ekoloji deqradasiya və Xəzər dənizinin səviyyəsinin azalması məsələləri diqqət mərkəzində olub.
İştirakçılar su çirklənməsi, bioloji resursların azalması və dəniz səviyyəsində dəyişikliklər kimi ekoloji problemləri, dayanıqlı balıqçılığın və enerji resurslarının birgə idarə olunması kimi iqtisadi və resurs yönümlü məsələləri, həmçinin sahil dövlətləri arasında əməkdaşlıqla bağlı hüquqi və geosiyasi aspektləri əhatəli şəkildə müzakirə ediblər. Xüsusi diqqət Xəzər sahilində yerləşən ölkələr və müvafiq beynəlxalq təşkilatların bu çağırışlara effektiv və dayanıqlı cavab verə bilmələri üçün koordinasiyalı tədbirlər görməsinin zərurətinə yönəldilib.
Axtarış
Son Xəbərlər
-
TÜRKPA Baş katibi KKTC Baş naziri ilə görüşüb
- 18 apr 2026