TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
TÜRKPA Baş katibinin Azərbaycanın Naxçıvan Muxtar Respublikasındakı mülki obyektlərə PUA hücumları ilə bağlı bəyanatı

TÜRKPA Baş katibinin Azərbaycanın Naxçıvan Muxtar Respublikasındakı mülki obyektlərə PUA hücumları ilə bağlı bəyanatı

Tarix
Baxış
53

Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi səfir Ramil Həsən İran İslam Respublikası ərazisindən Azərbaycanın Naxçıvan Muxtar Respublikasındakı mülki obyektlərə həyata keçirilən pilotsuz uçuş aparatlarının (PUA) hücumlarını qətiyyətlə pisləyir.

Bu cür hərəkətlərin mülki təhlükəsizlik və regional sabitliyə ciddi təhdid yaratdığını vurğulayan Baş katib, oxşar hadisələrin qarşısının alınmasının vacibliyini bildirərək regionda vəziyyətin daha da gərginləşməməsi üçün təmkinli olmağa çağırır.

TÜRKPA sülh və sabitlik diləyi ilə Azərbaycan Respublikasının Hökuməti və Azərbaycan xalqının yanındadır.