TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
TÜRKPA Baş katibi Vilnüsda Azərbaycan və Türkiyə səfirləri ilə görüşüb

TÜRKPA Baş katibi Vilnüsda Azərbaycan və Türkiyə səfirləri ilə görüşüb

Tarix
Baxış
79

Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi cənab Ramil Həsən Litvanın paytaxtı Vilnüs şəhərinə rəsmi səfəri çərçivəsində bu ölkədə akkreditə olunmuş Azərbaycan və Türkiyənin diplomatik nümayəndəliklərində Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri cənab Tamerlan Qarayev və Türkiyə Respublikasının fövqəladə və səlahiyyətli səfiri xanım Esra Toplu ilə görüşüb.

Hər iki görüşdə TÜRKPA Baş katibi “Türk Dövlətləri Təşkilatı vasitəsilə əməkdaşlıq və bağlantıların gücləndirilməsi — Türk dövlətləri ilə Baltikyanı region arasında daha yaxın əlaqələr üçün imkanlar” mövzusunda beynəlxalq panel müzakirəsinin keçirilməsi təşəbbüsünün irəli sürülməsinə və tədbirin təşkilinə göstərilən hərtərəfli dəstəyə görə Azərbaycan və Türkiyə səfirlərinə təşəkkürünü ifadə edərək, gələcəkdə bu kimi əməkdaşlıq fəaliyyətinin ortaq maraqların Avropa ölkələrində geniş təbliği və qarşılıqlı maraq doğuran məsələlərin inkişafı baxımından mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib.

Səfirlər öz növbələrində TÜRKPA Baş katibinə təşəkkürlərini bildirərək, gələcək fəaliyyətində uğurlar arzulayıblar.

Azərbaycan Respublikasının Litva Respublikasındakı səfirliyində baş tutmuş görüşdə TÜRKPA-nın Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının üzvü və Azərbaycan Respublikası Milli Məclisinin deputatı cənab Cavanşir Feyziyev, Türkiyə Respublikasının Litva Respublikasındakı səfirliyində keçirilmiş görüşdə isə onunla yanaşı Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibinin müavini cənab Ömər Kocaman da iştirak edib.

Görüşdə TÜRKPA Baş katibini Protokol xidmətinin rəhbəri Yadigar Məmmədov müşaiət edib.