TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
TÜRKPA Baş katibi Türk Mədəniyyəti və İrsi Fonduna nəzakət ziyarəti edib

TÜRKPA Baş katibi Türk Mədəniyyəti və İrsi Fonduna nəzakət ziyarəti edib

Tarix
Baxış
3
4 fevral 2026-cı il tarixində Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi cənab Ramil Həsən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti xanım Aktotı Raimkulovaya nəzakət ziyarəti edib. Görüş zamanı Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti xanım Aktotı Raimkulova TÜRKPA-nın Baş katibi cənab Ramil Həsəni bu vəzifəyə təyin olunması münasibətilə səmimi-qəlbdən təbrik edərək TÜRKPA nümayəndə heyətini Fondda qəbul etməkdən böyük məmnunluq duyduğunu bildirib. Görüş çərçivəsində iki qurum arasında mövcud əməkdaşlıq əlaqələrinin cari vəziyyəti, birgə təşəbbüslərin həyata keçirilməsi imkanları, habelə qarşılıqlı dialoqun institusional əsasda daha da möhkəmləndirilməsi məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb. Bununla yanaşı, Türk dünyasının ortaq tarixi və mədəni irsinin qorunması, eləcə də beynəlxalq müstəvidə təşviqi istiqamətində əlaqələndirilmiş fəaliyyətin vacibliyi vurğulanıb. Bu kontekstdə Türk Mədəniyyəti və İrsi Fondu ilə TÜRKPA-nın bir-birini tamamlayan iki qardaş qurum olduğu qeyd edilib. Danışıqlar zamanı, həmçinin gələcəkdə mədəni irsin təşviqi və ortaq layihələr çərçivəsində əməkdaşlığın dərinləşdirilməsi perspektivləri müzakirə olunub. Görüşdə Baş katibin müavinləri Talqat Aduov və Sakı Sadıkov iştirak edib.