TÜRKPA Baş katibi MDB Parlamentlərarası Assambleyası Şurasının Baş katibi ilə görüşüb
Tarix
Baxış
3
27 yanvar 2026-cı il tarixində Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi cənab Ramil Həsən Bəhreyn Krallığının paytaxtı Manama şəhərində keçirilən Asiya Parlament Assambleyasının (APA) 16-cı plenar sessiyası çərçivəsində Müstəqil Dövlətlər Birliyinin üzv Dövlətlərinin Parlamentlərarası Assambleya Şurasının Baş katibi cənab Dmitri Kobitski ilə görüşmüşdür.
Görüş zamanı TÜRKPA-nın fəaliyyəti, 2008-ci ildən etibarən həyata keçirilən layihələr, regionda və qlobal miqyasda mövcud siyasi proseslər, habelə müasir çağırışlar və mövcud münaqişələrin həllində parlament diplomatiyasının rolu ətrafında fikir mübadiləsi aparılmışdır. Eyni zamanda, gələcəkdə MDB Parlamentlərarası Assambleyası ilə TÜRKPA arasında mümkün əməkdaşlıq perspektivləri, o cümlədən TÜRKPA-nın MDB PA-da mümkün müşahidəçi statusu alması məsələsi müzakirə olunmuşdur.
Müstəqil Dövlətlər Birliyinin üzv Dəvlətlərin Parlamentlərarası Assambleya Şurasının Baş katibi cənab Dmitri Kobitski öz növbəsində TÜRKPA Baş katibi cənab Ramil Həsənin rəhəbərlik etdiyi təşkilatın aktiv fəaliyyətini yüksək qiymətləndirmişdir. O, parlament diplomatiyası sahəsində əməkdaşlığın, mövcud təcrübə mübadiləsinin genişləndirilməsinin, habelə sülhün, təhlükəsizliyin, sabitliyin və dost ölkələr arasında münasibətlərin inkişafına xidmət edən birgə təşəbbüslərin həyata keçirilməsi üçün geniş imkanların mövcud olduğunu vurğulamış, bu istiqamətdə təşkilatlar arasında qarşılıqlı əməkdaşlığın faydalı ola biləcəyini qeyd etmişdir.
Tərəflər yaxın gələcəkdə TÜRKPA ilə MDB Parlamentlərarası Assambleya Şurası arasında münasibətlərin müxtəlif istiqamətlər üzrə ardıcıl şəkildə inkişaf etdirilməsi, eləcə də qarşılıqlı səfərlərin mümkünlüyü məsələsi nəzərdən keçirilmişdir.
Görüşdə TÜRKPA Baş katibini müavini cənab Muhammet Alper Hayali və Protokol xidmətinin rəisi cənab Yadigar Məmmədov müşayiət ediblər.
Axtarış
Son Xəbərlər
-
TÜRKPA Baş katibi KKTC Baş naziri ilə görüşüb
- 18 apr 2026