TÜRKPA Baş katibi MDB PA DİMBİ Bakı filialının direktorunu qəbul edib
72
2026-cı il 5 mart tarixində TÜRKPA-nın Baş katibi cənab Ramil Həsən TÜRKPA Beynəlxalq Katibliyində MDB PA-nın Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi beynəlxalq institutunun (MDB PA DİMBİ) Bakı filialının direktoru cənab Ramil Rzayevi qəbul edib.
Cənab Ramil Rzayev səmimi qəbula və qonaqpərvərliyə görə cənab Ramil Həsənə təşəkkürünü bildirərək, MDB PA DİMBİ-nin direktoru vəzifəsinə təyin olunduqdan sonra ilk rəsmi görüşünü məhz TÜRKPA Beynəlxalq Katibliyinə səfərlə başladığını qeyd edib.
Cənab Ramil Rzayev TÜRKPA-nın beynəlxalq arenada strateji əhəmiyyətini və artan rolunu vurğulayaraq təşkilatın həyata keçirdiyi fəaliyyətlər və inkişaf prosesləri barədə fikirlərini bölüşüb.
Öz növbəsində, Baş katib TÜRKPA ilə MDB PA arasında mövcud olan uzunmüddətli tərəfdaşlığı vurğulayıb və bu yaxınlarda Bəhreyn Krallığının Manama şəhərində keçirilmiş Asiya Parlament Assambleyasının 16-cı plenar sessiyası çərçivəsində MDB PA-nın Baş katibi Dmitri Kobitski ilə keçirdiyi görüş barədə məlumat verib.
Eyni zamanda Baş katib təşkilatın cari və gələcək fəaliyyətləri barədə də məlumatlandırıb.
Tərəflər TÜRKPA ilə MDB PA arasında mövcud olan uzunmüddətli tərəfdaşlığın daha da möhkəmləndirilməsi və əlaqələrin inkişaf etdirilməsi istiqamətində səyləri dəstəkləməyə hazır olduqlarını ifadə ediblər.
Görüşdə, həmçinin TÜRKPA Beynəlxalq Katibliyini tərəfindən Baş katibin müavini Talqat Aduov və İctimaiyyətlə əlaqələr üzrə mütəxəssis Fidan Məcidli, MDB PA DİMBİ-dən isə Direktorun müavini Nigar Əliyeva və müşavir Nərmin Mahmudova iştirak edib.
Axtarış
Son Xəbərlər
-
TÜRKPA Baş katibi KKTC Baş naziri ilə görüşüb
- 18 apr 2026