TÜRKPA Baş katibi Litvanın xarici işlər nazirinin müavini ilə görüşüb
72
27 fevral 2026-cı il tarixində TÜRKPA Baş katibi cənab Ramil Həsən, eləcə də Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibinin müavini cənab Ömər Kocaman, TÜRKPA-nın Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının üzvü, Azərbaycan Respublikasının Milli Məclisinin üzvü cənab Cavanşir Feyziyev Litvaya rəsmi səfər çərçivəsində Vilnüs şəhərində Litvanın xarici işlər nazirinin müavini cənab Taurimas Valis ilə görüşüb.
Görüş zamanı TDT və Baltikyanı ölkələr arasında əməkdaşlığın inkişaf etdirilməsi, bu istiqamətdə mövcud münasibətlərin yeni səviyyəyə çıxarılmasında TDT və TÜRKPA-nın imkanlarından istifadə edilməsi, Avropa Birliyi və Türk dövlətləri arasındakı əlaqələrdə Baltik ölkələri və Baltik Assambleyasının oynaya biləcəyi xüsusi rol, gələcəkdəki iqtisadi və siyasi əməkdaşlıq, eyni zamanda enerji layihələri, ortaq nəqliyyat dəhlizi və digər bu qəbildən olan məsələlər müzakirə olunub.
Danışıqlar zamanı cənab Ramil Həsən 2011-ci ildə Baltik Assambleyası ilə yaratdığı əlaqələrin yenidən növbəti mərhələ olaraq yüksək səviyyəyə çıxarılması və Baltik Assambleyası, TDT və TÜRKPA arasındakı əlaqələrin inkişafı ilə bağlı gələcəkdə Əməkdaşlıq Protokolunun imzalanmasını təklif edərək bu istiqamətdə Litvanın əhəmiyyətini xüsusilə vurğulayıb.
Görüşdə Azərbaycanın Litvadakı səfiri cənab Tamerlan Qarayev və Türkiyənin Litvadakı səfiri Əsra Toplu da iştirak edib. İştirakçılar qarşılıqlı maraq doğuran məsələlər, Türk dövlətləri və Baltik ölkələri arasındakı əlaqələrin inkişafının əhəmiyyəti vurğulayıb, gələcək əməkdaşlıq perspektivlərini müzakirə edib. Eyni zamanda qardaş ölkələrin səfirləri həm TDT, həm də TÜRKPA-nın bu istiqamətdə atdığı addımların geniş aspektdə Baltik ölkələrində təbliğ edilməsinin vacibliyini vurğulayaraq bu prosesə lazımi dəstəyin bundan sonra da veriləcəyini qeyd ediblər.
TÜRKPA Baş katibini Protokol xidmətinin müdiri Yadigar Məmmədov müşayiət edib.
Qeyd edək ki, TÜRKPA Baş katibi Vilnüs şəhərində “Türk Dövlətləri Təşkilatı vasitəsilə əməkdaşlıq və bağlantıların gücləndirilməsi – türk dövlətləri və Baltikyanı regiоn arasında daha yaxın əlaqələr üçün imkanlar” mövzusunda keçiriləcək tədbirdə əsas məruzəçi kimi çıxış edəcək.
Axtarış
Son Xəbərlər
-
TÜRKPA Baş katibi KKTC Baş naziri ilə görüşüb
- 18 apr 2026