TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
TÜRKPA Baş katibi Azərbaycan Respublikasının Avstriyadakı səfiri, ATƏT və digər beynəlxalq təşkilatlar yanında Azərbaycanın Daimi Nümayəndəsi ilə görüşüb

TÜRKPA Baş katibi Azərbaycan Respublikasının Avstriyadakı səfiri, ATƏT və digər beynəlxalq təşkilatlar yanında Azərbaycanın Daimi Nümayəndəsi ilə görüşüb

Tarix
Baxış
2
Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi cənab Ramil Həsən Vyanaya rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının Avstriya Respublikasındakı səfiri, ATƏT və digər beynəlxalq təşkilatlar yanında Azərbaycan Respublikasının Vyanadakı Daimi Nümayəndəsi cənab Rövşən Sadıqbəyli ilə görüşüb. Görüş zamanı TÜRKPA ilə ATƏT PA arasında əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər TÜRKPA-nın ATƏT PA-da müşahidəçi statusu əldə etməsi, eləcə də bu istiqamətdə üzv dövlətlər tərəfindən göstərilə biləcək dəstək məsələlərini müzakirə ediblər. Bununla yanaşı, TÜRKPA-nın yaxın gələcəkdə ATƏT-in Xarici İşlər Nazirlərinin şurasının toplantısında iştirak perspektivləri nəzərdən keçirilib. Rəsmi və işgüzar formatda keçirilən görüşdə qarşılıqlı maraq doğuran məsələlər üzrə əməkdaşlığın davam etdirilməsinin əhəmiyyəti vurğulanıb. Öz növbəsində, cənab Rövşən Sadıqbəyli Azərbaycan Respublikasının ATƏT yanında Daimi Nümayəndəliyi adından TÜRKPA-nın ATƏT, eləcə də ATƏT PA ilə əməkdaşlıq prosesinə mümkün dəstəyi göstərməyə hazır olduqlarını bildirib, bu istiqamətdə TÜRKPA-ya uğurlar arzulayıb. Görüşdə Baş katibin müavini Muhammet Alper Hayali, Komissiya katibi Aynur Abutalıbova və Protokol xidmətinin müdiri Yadigar Məmmədov də iştirak ediblər.