TÜRKPA Baş katibi AQEM-nin Baş katibi ilə görüşüb
Tarix
Baxış
99
17 aprel 2026-cı il tarixində Antalyada, Beşinci Antalya Diplomatiya Forumu çərçivəsində Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi cənab Ramil Həsən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Baş katibi səfir Kayrat Sarıbay ilə görüşüb.
Görüş zamanı tərəflər təşkilatlarının cari fəaliyyəti barədə məlumat verib və gələcək əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparıblar. Davamlı əməkdaşlığın vacibliyini qeyd edən tərəflər fəaliyyətlərinə qarşılıqlı dəstəklərini ifadə ediblər.
Görüşdə Baş katibi müavini Muhammet Alper Hayali və Komissiya katibi Aynurə Abutalıbova müşayiət edib.
Axtarış
Son Xəbərlər
-
TÜRKPA Baş katibi KKTC Baş naziri ilə görüşüb
- 18 apr 2026