TÜRKPA Baş katibi AK Partinin Xarici əlaqələr üzrə sədr müavini ilə görüşüb
13
17 aprel 2026-cı il tarixində Antalyada, 5-ci Antalya Diplomatiya Forumu çərçivəsində TÜRKPA-nın Baş katibi səfir Ramil Həsən Ədalət və İnkişaf Partiyasının (AK Parti) Xarici əlaqələr üzrə sədr müavini və Türkiyə Böyük Millət Məclisinin deputatı cənab Zafer Sırakaya ilə görüşüb.
Görüş zamanı tərəflər parlamentarilərin rolu və siyasi partiyaların qardaş dövlətlər arasında əməkdaşlığın təşviqinə verdiyi töhfələr barədə fikir mübadiləsi aparıblar. Həmçinin TÜRKPA-nın parlamentlərarası əməkdaşlığın möhkəmləndirilməsindəki rolu, eləcə də üzv dövlətlərin millət vəkillərinin Türk dövlətləri arasında strateji iqtisadi və siyasi əlaqələrin gücləndirilməsinə verdiyi töhfələr müzakirə olunub.
Cənab Ramil Həsən cənab Sırakayaya TÜRKPA-nın bu istiqamətdəki fəaliyyəti, o cümlədən daimi komissiyaların işi barədə məlumat verib. Müzakirələr zamanı təşkilatın son altı ay ərzindəki fəaliyyəti də nəzərdən keçirilib.
Öz növbəsində, Türkiyənin iqtidar partiyası olan AK Parti-nin nümayəndəsi cənab Zafer Sırakaya TÜRKPA-ya və Baş katibə gələcək fəaliyyətlərində uğurlar arzulayıb. O, həmçinin rəhbərlik etdiyi partiyanın və Türkiyə Böyük Millət Məclisi üzvlərinin TÜRKPA-nın fəaliyyətini yüksək qiymətləndirdiyini qeyd edərək, təşkilatın işinə bundan sonra da dəstək verməyə hazır olduqlarını vurğulayıb.
Görüşdə TÜRKPA tərəfindən Baş katibin müavini Muhammet Alper Hayali və Komissiya katibi Aynura Abutalibova, AK Parti tərəfindən isə Xarici əlaqələr üzrə sədr müavinləri Şuay Nihan Açıkalın və Halil İbrahim Alegöz iştirak ediblər.
Axtarış
Son Xəbərlər
-
TÜRKPA Baş katibi KKTC Baş naziri ilə görüşüb
- 18 apr 2026