TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
Süleyman Dəmirəl Universitetinin rektoru TÜRKPA Baş katibinə nəzakət ziyarəti edib

Süleyman Dəmirəl Universitetinin rektoru TÜRKPA Baş katibinə nəzakət ziyarəti edib

Tarix
Baxış
63

11 mart 2026-cı il tarixində Süleyman Dəmirəl Universitetinin rektoru professor Mehmet Saltan Bakıya rəsmi səfəri çərçivəsində TÜRKPA Baş katibi cənab Ramil Həsənə nəzakət ziyarəti edib.

Səmimi qəbula görə dərin minnətdarlığını bildirən professor Mehmet Saltan 1992-ci ildə İsparta şəhərində yaradılmış Süleyman Dəmirəl Universiteti haqqında məlumat verib. Görüş zamanı professor Saltan universitetin 2025-ci ildə Türk Dövlətləri Təşkilatı Türk Universitetləri Birliyinə (TÜRKUNIB) üzv olduğunu da qeyd edib. Rektor həmçinin Süleyman Dəmirəl Universitetinin Türk dünyasının digər ali təhsil müəssisələri ilə mövcud əməkdaşlığını diqqətə çatdırıb. Bu kontekstdə o, Türk dövlətlərindən olan tələbələrin universitetin akademik və sosial həyatında fəal iştirakını xüsusi olaraq vurğulayıb.

Öz növbəsində, TÜRKPA Baş katibi cənab Ramil Həsən təşkilatın yaxın zamanda həyata keçirəcəyi fəaliyyətlər barədə məlumat verərək, gənclərin Türk dünyasının sosial təməlini gücləndirmədə oynadığı xüsusi rolu vurğulayıb. O, həmçinin TÜRKPA-nın Türk dövlətləri arasında akademik sahədə əlaqələrin daha da möhkəmləndirilməsi üçün bütün zəruri dəstəyi göstərməyə hazır olduğunu bildirib.

Bundan əlavə, tərəflər gələcək əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparıblar. Bu xüsusda professor Mehmet Saltan TÜRKPA Baş katibini Süleyman Dəmirəl Universitetinə ziyarət etməyə, universitetdə birgə konfrans keçirməyə və tələbələrlə görüşməyə dəvət edib.

Görüşdə, həmçinin TÜRKPA Beynəlxalq Katibliyi tərəfindən Baş katibin müavini Muhammet Alper Hayali, Komissiya katibi Kadir Yaman və İctimaiyyətlə əlaqələr üzrə mütəxəssis Fidan Məcidli iştirak edib.