TURKPA

Follow us on social media to learn about TURKPA's activities

Follow us on social media to learn about TURKPA's activities

Social Media
Azərbaycan Respublikası Milli Məclisinin Avropa Parlamenti ilə əməkdaşlığı dayandırmaq haqqında qərarına dair TÜRKPA Baş katibinin bəyanatı

Azərbaycan Respublikası Milli Məclisinin Avropa Parlamenti ilə əməkdaşlığı dayandırmaq haqqında qərarına dair TÜRKPA Baş katibinin bəyanatı

Date
Views
291

Azərbaycan Respublikası Milli Məclisinin bu gün qəbul etdiyi, Avropa Parlamenti ilə bütün sahələrdə əməkdaşlığın rəsmi şəkildə dayandırılması, Avropa İttifaqı – Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin fəaliyyətində iştiraka son qoyulması və Avronest Parlament Assambleyasına üzvlükdən çıxmaq üçün prosedurların başlanılması haqqında qərarını dəstəklədiyimizi bildiririk.

Bu qərar, Avropa Parlamentinin son illər ərzində Azərbaycana qarşı nümayiş etdirdiyi davamlı, tamamilə qərəzli və əsassız yanaşmanın nəticəsi olaraq qəbul edilib. Son altı il ərzində Avropa Parlamenti Azərbaycana qarşı düşmənçilik mövqeyi sərgiləmiş və ölkəni əsassız şəkildə hədəf alan, o cümlədən 2026-cı il 30 aprel tarixli son qətnamə də daxil olmaqla, 10-dan çox siyasi motivli sənəd qəbul edib.

Bu cür mövqe nəinki suverenlik, ərazi bütövlüyü və daxili işlərə qarışmamaq kimi fundamental prinsiplərə etinasızlıq nümayiş etdirir, həmçinin Azərbaycan və Ermənistan arasındakı sülh və normallaşma prosesinə ziddir.

Parlament assambleyaları üzv olmayan dövlətlərin parlamentləri də daxil olmaqla, konstruktiv dialoq və xoşməramlı əməkdaşlıq platforması rolunu oynamalıdır. Təəssüf ki, Avropa Parlamenti səmimi qarşılıqlı fəaliyyət ruhu nümayiş etdirə bilməyib, əksinə, Azərbaycanı hədəf almağa üstünlük verir.

Bununla əlaqədar olaraq, bu cür davranış effektinin parlamentlərarası münasibətlərə töhfə vermədiyini və Avropa Parlamentini bu növ təcrübələrdən çəkinməyə çağırırıq.

Səfir Ramil Həsən,

Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi