Baş katib MDB PA-dan olan həmkarı ilə görüşüb
Tarix
Baxış
192
7 oktyabr 2022-ci il tarixində Baş katib Mehmet Süreyya Er Sankt-Peterburqda keçirilən “Demokratik seçki standartları haqqında MDB Konvensiyası: beynəlxalq əməkdaşlıq üçün açıq məkan” adlı konfrans çərçivəsində MDB PA-dan olan həmkarı Dmitri Kobitskiy ilə görüşmüşdür.
Hər iki təşkilatın Baş katibi qurumların əsas fəaliyyət istiqamətləri üzrə əməkdaşlıq perspektivlərini müzakirə etmişdir. Onlar üzv dövlətlərdə keçirilən seçki və referendumlar zamanı hər iki qurumun seçki müşahidə missiyaları arasında keçirilən görüşləri müsbət qiymətləndirmişdir.
Hər iki tərəf əməkdaşlığı daha da inkişaf etdirmək üçün hazır olduqlarını bir daha təsdiqləyərək sıx qarşılıqlı fəaliyyətin əhəmiyyətini qeyd etmişdir.
Axtarış
Son Xəbərlər
-
TÜRKPA Baş katibi MDB PA Baş katibi ilə görüşüb
- 22 may 2026
-
TÜRKPA Türk Mətbəxi Həftəsində iştirak edib
- 22 may 2026