Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Alim Bayel TÜRKPA Beynəlxalq Katibliyini ziyarət edib
Tarix
Baxış
3
16 fevral 2026-cı il tarixində Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Alim Bayel Qazaxıstan Səfirliyinin müşavirləri Yedil Mırzaxanov, Anel Kenjina və Birinci katibi Daniyar Batalov ilə Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Beynəlxalq Katibliyini ziyarət edərək, TÜRKPA Baş katibi cənab Ramil Həsənlə görüşüb.
Qazaxıstan səfirliyinin nümayəndələrinin ziyarətinə görə minnətdarlığını bildirən TÜRKPA-nın Baş katibi cənab Ramil Həsən Qazaxıstanın Türk dünyasının inkişafında fəal rol oynadığını vurğulayıb.
Görüş zamanı Baş katib türk dövlətlərini bir araya gətirən, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatından (TÜRKSOY) sonra yaradılmış ikinci təşkilat olan TÜRKPA-nın qardaş ölkələrin inkişafı naminə daim fəaliyyət göstərməyə hazır olduğunu bildirib.
Cənab Ramil Həsən, həmçinin təşkilatın həyata keçirəcək tədbirləri barədə, TÜRKPA komissiyalarının iclasları, eləcə də qurumun parlamentlər və dövlətlərarası əlaqələr sahəsində fəaliyyətini diqqətə çatdırıb.
Eyni zamanda, Baş katib cari ilin may ayında İstanbulda “Avrasiyada yeni əməkdaşlıq: Strateji münasibətlərin inkişafında TÜRKPA-nın rolu və parlament diplomatiyası” mövzusunda keçiriləcək beynəlxalq konfrans barədə ətraflı məlumat verib.
Öz növbəsində, Qazaxıstan Respublikasının səfiri cənab Alim Bayel ilk dəfə ziyarət etdiyi TÜRKPA Beynəlxalq katibliyinin türk dünyasında ən vacib siyasi təşkilatlardan birinin olduğunu qeyd edib.
Görüşün sonunda cənab Bayel Qazaxıstan Respublikasında keçiriləcək referendumda TÜRKPA-nın beynəlxalq müşahidəçi missiyası olaraq iştirakı ilə bağlı Qazaxıstan Respublikasının xarici işlər naziri cənab Yermek Koşerbayev tərəfindən ünvanlanmış dəvət məktubunu təqdim edib.
Görüşdə Baş katibin müavini Talqat Aduov, Komissiya katibi Bauırjan Datkayev və ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis Fidan Məcidli də iştirak ediblər.
Axtarış
Son Xəbərlər
-
TÜRKPA Baş katibi KKTC Baş naziri ilə görüşüb
- 18 apr 2026