Azәrbaycan Silahlı Qüvvәlәrinin 100 illiyi tәntәnәli hәrbi paradla qeyd olunmuşdur
Tarix
Baxış
183
26 iyun, 2018-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyinin qeyd olunması münasibətilə Bakıda təntənəli hərbi parad keçirilmişdir.
Paradda Azərbaycan Respublikası Prezidenti və Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, eləcə də dövlət və hökumət rəsmiləri, parlament üzvləri, səfirlər və hərbi attaşelər, beynəlxalq təşkilat nümayəndələri, xarici nümayəndə heyəti rəhbərləri, müharibə veteranları və ictimaiyyət nümayəndələri iştirak etmişdir.
Həmçinin Türkiyə, Pakistan, Belarus, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan, İran, İsrail, Qazaxıstan, Özbəkistan, Rusiya, Səudiyyə Ərəbistanı və Ukraynadan olan 100-dən çox nümayəndə heyəti paradda iştirak etmişdir.
Ən son müasir silahlar və zirehli texnika, raket və artilleriya sistemləri, hava hücumundan müdafiə sistemləri, helikopterlər, pilotsuz uçan qurğular da daxil olmaqla 240 hissədən çox hərbi təchizat və 70 təyyarə, o cümlədən, hərbi gəmilər və qayıqlar təntənəli mərasimdə nümayiş etdirilmişdir.
Həmçinin TÜRKPA Baş katibinin müavini Fuad Ələkbərov paradda iştirak etmişdir.
Axtarış
Son Xəbərlər
-
TÜRKPA Baş katibi MDB PA Baş katibi ilə görüşüb
- 22 may 2026
-
TÜRKPA Türk Mətbəxi Həftəsində iştirak edib
- 22 may 2026