TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
“Birgə müəssisələr haqqında” Model qanunun hazırlanması üzrə Ekspert qrupunun ilk iclası onlayn formatda keçirilib

“Birgə müəssisələr haqqında” Model qanunun hazırlanması üzrə Ekspert qrupunun ilk iclası onlayn formatda keçirilib

Tarix
Baxış
3
5 fevral 2026-cı il tarixində “Birgə müəssisələr haqqında” Model qanun layihəsinin hazırlanması üzrə Ekspertlər qrupunun ilk iclası onlayn formatda keçirilib. Sözügedən Model qanun TURKPA-nın 2023–2028-ci illər üçün Strateji Yol Xəritəsinə uyğun olaraq, İqtisadi əməkdaşlıq komissiyası çərçivəsində hazırlanacaq. Baş katibin müavini Talqat Aduov tərəfindən açılan iclası İqtisadi əməkdaşlıq komissiyasının katibi Bauırjan Datkayev aparıb. TÜRKPA üzv parlamentlərini təmsil edən ekspertlər qanunvericilik sənədlərinin hazırlanmasına dair təklif və tövsiyələri təqdim edərək, tənzimlənməli əsas məsələləri diqqətə çatdırıblar. Təklif olunan Model qanun layihəsinin üzv dövlətlərin qanunvericilik çərçivələrinə tam uyğun şəkildə hazırlanması və uyğunlaşdırılması xüsusilə vurğulanıb. Tərəflər növbəti iclasın 19 fevral 2026-cı il tarixində keçirilməsi barədə razılığa gəlib.