TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
Tahir Akyürek

Tahir Akyürek

Türkiyə Böyük Millət Məclisinin deputatı
TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının sədr müavini

Hüquqşünas. Ankara Universitetinin hüquq fakültəsini bitirib.

İctimai hüquqşünas və müstəqil hüquqşünas kimi çalışıb. Fəzilət Partiyası və Səadət Partiyasının İl sədri. 2004-2018 illəri arasında üç dövr üçün Konya Böyükşəhər Bələdiyyə Başçısı seçilib. Həmin müddət ərzində Türkiyə Bələdiyyələr Birliyinin sədri, Dünya Bələdiyyələr Birliyinin (UCLG) həmsədrliyi, Avropa Şurası Yerli və Regional Rəhbərliklər Konqresində (CLCLG) Türkiyə Milli Nümayəndəliyinin üzvü, İslam Paytaxtları və Şəhərləri Təşkilatının (İİKT) İdarə Heyətinin üzvü, İpək Yolu Şəhərlər Birliyinin Qurucu üzvü və İdarə Heyətinin üzvü, Anadolu Sivilizasiyaları Bələdiyyələr Birliyinin sədri vəzifələrində çalışıb.

İyirmi yeddinci və iyirmi səkkizinci çağırış TBMM-nin Konya millət vəkili seçilib. AK Partiya Mərkəz Qərar və İcra Komitəsinin üzvü və TBMM İctimai məsələlər, Rayonlaşdırma, Nəqliyyat və Turizm Komissiyasının sədri vəzifələrində çalışıb. Ətraf Mühit Komissiyasının üzvüdür.